Verilmiş qurğulara informasiya necə daxil edilir?
Mobil telefon | Televizor | Mikrodalğalı soba |
Tozsoran maşın |
Paltaryuyan maşın |
İnsan informasiyanı öz duyğu orqanları vasitəsilə aldığı kimi, kompüterə də kənardan informasiyanın daxil olması üçün “gözlər” və “qulaqlar” gərəkdir. Hazırda bu funksiyaları yerinə yetirən cürbəcür qurğular vardır. Onlara daxiletmə, yaxud giriş qurğuları deyilir. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun.