Məşhur Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Paul Samuel- son iqtisadi nəzəriyyə ilə bağlı belə bir fikir söyləmişdi: "İqtisadi nəzəriyyə müxtəlif əmtəələrin* istehsalı, indi və gələcəkdə istehsal etmək məqsədilə müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi, insanlar və cəmiyyət tərəfindən pulun köməyi ilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir”.
Bu fikri müzakirə edin.
Cəmiyyəti iqtisadiyyatsız təsəvvür etmək olmaz. Cəmiyyət həyatının mövcudluğundan bu günədək baş verən proseslər iqtisadiyyatla bağlıdır. İnsan yaşamaq üçün mübarizə aparmış, onun fəaliyyətinin inkişafı tələbatlarının çoxalmasına gətirib çıxarmışdır.
Ulu öndər Heydər Əliyev demişdir:
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Respublikamızda da iqtisadiyyat inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizdə iqtisadi sahədə bir çox uğurlar əldə edilmişdir. İqtisadiyyatın inkişafı xalqın yüksəlişinə səbəb olur.
*Əmtəə – satış üçün nəzərdə tutulan məhsul