Məktəbdə şagirdlər şənliyə hazırlaşırlar. Ləmanın bu şənliyə geyinmək üçün paltarı yox idi. O, anasından xahiş edir ki, ona yeni geyim alsın. Çiçək isə atasından ona ayaqqabı almağı xahiş edir. İbrahim şənlikdə dənizçi rolunda çıxış edəcəyi üçün ona da dənizçi geyimi tikdirmək gərəkdir.
Bildiyimiz kimi, həyatda yaşamaq üçün qida ilə yanaşı, paltar, ayaqqabı, mənzil və s. kimi başqa ehtiyaclarımız da vardır. Bütün bunlar bizim tələbatımızı ödəyir.
Nə üçün bu sadalananlar cəmiyyətin həyatında mühüm yer tutur?
İnsanlar həmişə təbiətin sirlərini öyrənməyə çalışmışlar. Əvvəllər məhsulu təbiətdən hazır şəkildə əldə edən insan onun müxtəlif yollarla artırılmasını düşünməyə başladı. Təbii ki, nemətlərin hamısı insanlara hazır şəkildə verilmir. Ona görə də müxtəlif nemətləri əldə etmək üçün insanlar zaman keçdikcə onların istehsal edilməsini daha da təkmilləşdirdilər.