► sənaye əməyi
► istehsal əməyi
► fərdi və kollektiv əmək
► əl əməyi
► elmi əmək
► kənd təsərrüfatı əməyi və başqaları
Məlumdur ki, insan həm fiziki, həm də zehni işlə məşğul olur. Bu növlərin hər ikisində işçinin
Azərbaycan Respublikası Konstitusiyasının 3S-ci maddəsində qeyd edilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
həm əli, həm də beyni fəaliyyət göstərir.
Fiziki işə bənnanın ev tikməsini, dülgərin taxta yonmasını misal gətirmək olar. Zehni əməyə isə alimin araşdırması, mühasibin hesablama əməliyyatı aparması və başqaları daxildir.
Məsələn, siz dərslərinizi hazırlayarkən daha çox zehni əməklə məşğul olursunuz. Bu zaman nə isə yaza və çəkə bilərsiniz. Yəni cüzi də olsa, fiziki fəaliyyət bu prosesdə yer tutur. Ev işlərinə kömək edərkən, məktəbdə sinif otağının təmiz saxlanması və məktəbyanı sahənin təmizlənməsində iştirak edərkən fiziki əməklə məşğul olursunuz, hətta bu zaman da beyində ən sadə işlərin planını, həyata keçirmə yolunu fikirləşirsiniz. Zaman keçdikcə tələbatlarınız dəyişəcək, özünüzə peşələr seçəcəksiniz. Bəziləriniz fiziki, digərləriniz isə zehni işə maraq göstərməklə həyatınızı quracaqsınız.
Əməyin müxtəlif növləri üzrə çalışan mütəxəssislərin peşəkarlığı iqtisadi proseslərin tənzimlənməsində böyük rol oynayır. Mütəxəssislərin təhsilli, səriştəli olması vacibdir. Bu ehtiyac hər bir ölkənin iqtisadi və sosial inkişafının əsas mənbəyidir.
Əziz dostlar, əməyin hansı forması ilə məşğul olmağınıza baxmayaraq, cəmiyyətə faydalı olmağa çalışın. Sizin xoşbəxtliyiniz öz əlinizdədir!