Bəzən həm mənfi, həm də müsbət emosiyalar stresə* səbəb ola bilir.
Öyrənəcəyiniz dərslərin üst-üstə yığılması, imtahana hazırlıq, yaxın adamın uzaq səfərdən qəfil qayıtması, ətrafdakılarla münaqişələr, hər hansı bir işdə gözlənilməz uğursuzluq, inciklik, qısqanclıq, qorxu, xəstəlik, həyati təhlükə və s. kimi hallar stresə səbəb ola bilər. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.Stres insan sağlamlığına mənfi təsir göstərərək hətta nevrozların**, ürək-damar xəstəliklərinin, mədə xorası xəstəliyinin və s. yaranmasına səbəb olur.
Gülarə altıncı sinifdə oxuyurdu və çox məsuliyyətli qız idi. Özünü yaxşı hiss etmədiyi üçün o, coğrafiya müəlliminin verdiyi tapşırıqları yerinə yetirə bilməmişdi. Müəllim onu təqdimata çağırdıqda Gülarə pərt oldu. O, müəlliminə tapşırıqları yerinə yetirməməsinin səbəbini izah edə bilmədi və ağlamağa başladı.
Gülarənin bu haldan çıxa bilməsi üçün ona hansı məsləhətləri verə bilərsiniz?
Alimlərin bir qismi hesab edir ki, stresdən qaçmağa çalışmaq əvəzinə, hissləri cilovlamağı bacarmaq lazımdır. Bunun üçün stresə qarşı nikbin mövqe tutaraq reallığı qəbul etmək, özünü ələ almaq olduqca əhəmiyyətlidir.
Buna görə də müsbət emosiyalarla yaşayıb, mənfi emosiyalardan hər vasitə ilə uzaq olmaq lazımdır.
Mənfi emosiyalardan necə xilas olmaq olar?
Şən musiqiyə qulaq asmaq, muzeydə olmaq, maraqlı bir bədii əsər oxumağın insanda yaratdığı müsbət emosiyalar hansılardır?
Aşağıda göstərilən hansı hallar stresə səbəb ola bilər? Stresdən çıxmağın yolları haqqında yoldaşlarınıza tövsiyə hazırlayın.
qələbə yuxusuzluq şən musiqi qaranlıq
xəstəlik imtahan rəsm əsəri
*Stres – orqanizmdə gözlənilməz və qeyri-adi təsirlərin nəticəsində baş verən
hallar
**Nevroz – sinir sisteminin funksional pozğunluğu