Ölkəmizdə bir çox qanunlar qüvvəyə minmişdir ki, bunlara 1998-ci ildə imzalanmış “Uşaq hüquqları haqqında”, 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununu və başqa qanunları misal göstərmək olar.
Hər bir prosesi tənzimləmək üçün hüquqi-normativ sənədlərə istinad edilir.
Təhsilin idarə olunması ilə bağlı sənədlər:
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı (21 avqust 2004-cü il).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili qaydalarının təsdiq edilməsi barədə qərarı (10 may 2002-ci il).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq qaydasının təsdiq edilməsi barədə qərarı (29 may 2002-ci il).
Verilmiş normativ hüquqi sənədlərin təhsilimizin inkişafına göstərdiyi təsiri şərh edin.
Dünyada sabitlik yaratmaq üçün beynəlxalq təşkilatlar bəyannamələr və konvensiyalar qəbul edir. Cəmiyyətin hüquqi təminatı üçün bu da mühüm addımlardan biridir. BMT-nin qəbul etdiyi “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” sənədi də bunun təsdiqidir. Sənəddə göstərilir: