Xatırlayın: İlk yazılı qanunları tərtib edən hökmdar kim olmuşdur?
Qanun cəmiyyətin həyatını hüquqi cəhətdən nizamlayır. Qeyd edək ki, ölkə
Konstitusiyasının II fəsil 7-ci maddəsində bu öz hüquqi təsdiqini tapır:
- Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
- Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə
yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
- Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi
prinsipi əsasında təşkil edilir.
— qanunverici hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi
həyata keçirir;
— İcra Hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur.
— Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata
keçirir.
- Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində
müstəqildirlər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 fevral tarixində
imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərmanı cəmiyyət
həyatının bir daha hüquqi qaydada qorunmasının təminatıdır.
Cəmiyyətin həyatını tənzimləyən
hüquqi sənədlər aşağıdakılardır:
-
Azərbaycan Respublikasının
Vergi Məcəlləsi;
-
Azərbaycan Respublikasının
Mülki Məcəlləsi;
-
Azərbaycan Respublikasının
Əmək Məcəlləsi;
-
"Sosial xidmət haqqında" Azərbaycan
Respublikasının Qanunu;
-
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan
Respublikasının Qanunu və başqaları.