Emilin atası torpaq sahəsi almışdı. O bu sahədə bağçılıqla məşğul olmaq istəyirdi. Bir gün Emil uşaqlarla bu ərazidə oynayanda gördü ki, başqa biri burada nə isə tikir. Cəld atasına xəbər verdi. Emilin atası məsələni aydınlaşdırmaq istədi. Lakin gördü ki, heç bir vəchlə həmin şəxsin onun torpaq sahəsində bina tikdirməsinə mane ola bilmir. Ona görə də bu işi hüquqi yolla həll etməyi qərara aldı.
Sizcə, Emilin atası bu işi nizama salmaq üçün hara müraciət etməli oldu? Müzakirə edin və fikirlərinizi qeyd edin.
Biz ölkəmizdə azad və müəyyən hüquqlara malik olan şəxslərik. Bəzən hüquqların pozulması haqqında məlumatlar da alırıq. Bunları nizama salmaq üçün müraciət etdiyimiz bir ünvan olmalıdır. Həyatımızı tənzimləyən müəyyən qaydalar və bu qaydaları nizama salan sənədlər də mövcuddur. Bu sənədlərin icrası necə yerinə yetirilir? Bu zaman bizə nə kömək edir?
Cəmiyyətin həyatını tənzimləmək üçün hüququn müxtəlif sahələri fəaliyyət göstərir. Hüquq ictimai münasibətləri tənzimləyən və dövlətin müəyyənləşdirdiyi davranış qaydalarıdır. Qüvvədə olan qanunlar hər kəsin hüququnu müdafiə edir və hamı onların qarşısında bərabərdir. İnsan hüquqlarının qorunmasını və qanunun aliliyini hər şeydən üstün tutan dövlətimiz demokratik quruluş və hüquq sistemi yaratmışdır.
Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:
Hüquq sahəsi konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Hüququn sahələri aşağıdakılardır: