siyasi partiyalar peşə ittifaqları yaradıcılıq birlikləri
dini birliklər təhsil mərkəzləri və s.
Cəmiyyətin həyatını bir neçə sahəyə bölmək olar:
İqtisadi həyat Sosial həyat Siyasi həyat Mənəvi həyat
Cəmiyyətin həyatında iqtisadiyyat əsas yer tutur. Hər hansı bir məhsulun hazırlanması, istehsalı, alışı, satışı və s. buna nümunədir.
1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”ni neft strategiyasının başlanğıcı hesab edən Prezident İlham Əliyev bu sahədə daha geniş addımlar atdı. 2004-cü ildən başlayaraq o, ölkədə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində böyük layihələrin reallaşmasına şərait yaratdı. 2014-cü ildə təməli qoyulan “Cənub Qaz Dəhlizi” ölkəmizin iqtisadi inkişafında böyük rol oynayır.
2007-ci il 7 fevral tarixində Azərbaycanla Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanıldı. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş bu yol Qədim İpək Yolunun bir hissəsinin bərpasıdır.
Cəmiyyətin sosial həyatına insanların sosial münasibətləri daxildir. İnsanların həyat tərzindəki oxşarlıqlar onları sosial qruplarda birləşdirir.
Cəmiyyətin siyasi həyatı isə siyasi proseslərlə bağlıdır. Siyasət dövlətin və xalqın mənafeyinə uyğun addımlar atmaq üçün bir vasitədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın mənafeyinə xidmət edərək ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir.