Bütün sahələrdə islahatlar aparan Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə uğurlu addımlar atdı. Dünyanın bir sıra ölkələri Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanıdı. 23 ay ərzində böyük uğurlara imza atan bu dövlət sovet Rusiyası tərəfindən 1920-ci ildə süquta uğradıldı. SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) tabeliyində təqribən 70 il ərzində müstəqilliyindən məhrum olan xalqımız 1991-ci ildə yenidən öz dövlətçiliyini bərpa etdi. Dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycan dünya ölkələrinin idarəetmə təcrübəsinə əsaslanaraq öz idarəetmə formasını yaratdı.
Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz 1995-ci il 12 noyabr tarixində Azərbayan Respublikasının Konstitusiyasını qəbul etdi.
Konstitusiya xalqın mənafeyini özündə əks etdirən dövlətin ali qanunudur.
Azərbaycan Respublikası Konstitusiyasından çıxarış
Maddə 26.
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.