Respublikamızda son illər meşələrin qırılmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Meşələrin sahəsi hər il 4 min hektar artırılır.
Bu gün Azərbaycan dövləti ekologiya ilə bağlı əksər beynəlxalq konvensiyalara qoşulur. Problemlə bağlı müvafiq sərəncamlar, yaşıllıqların qorunması üçün tərtib olunan müxtəlif proqramlar dövlətin təbiətə qayğısını əks etdirir.
Aşağıda sadalananlardan meşəyə ziyan vuranları seçin: kibrit, bıçaq,
tonqal, su hövzələrinin qurudulması, ağacların kəsilməsi,
kompas, quş yuvası, velosiped, maqnitofon, balıq toru, telefon, kəndir, mişar,
axar suların istiqamətinin dəyişdirilməsi, meşə torpaqlarının daşınması.
Fikirlərinizi
əsaslandırın.
Fuad kənddə yaşayır. Kəndə "mavi yanacağ"ın verilməsi müvəqqəti dayandırıldığından o, həyətyanı sahələrindən sobanı qalamaq üçün ağac kəsmək istəyir. Fuad üzərində quş yuvası olan ağacı kəsmək fikrinə düşür, ancaq buna əli gəlmir. Bu ağacı kəsərsə, Fuadın təbiətə vura biləcəyi ziyan barədə mətn tərtib edin.
Meşənin qırılması nəticəsində aşağıdakı qida zənciri məhv ola bilər. Bu qida zəncirini tamamlayın və yoldaşlarınızla müzakirə edin.
Təqdimat mövzuları
◾ Yaşadığınız ərazidəki ağacların qırılmasının ətrafdakı canlılara təsiri
◾ Dövlət tərəfindən meşələrin qorunması məqsədilə həyata keçirilən tədbirlər
◾ Azərbaycanda müxtəlif heyvan növlərinin sayının azalma səbəbləri