Enerjinin bir-birinə çevrilməsi hallarına gündəlik həyatınızda da rast gəlirsiniz.
Elektrik mühərriklərində elektrik enerjisi mexaniki enerjiyə, digər
məişət avadanlıqlarında isə elektrik enerjisi mexaniki, istilik, işıq, səs enerjisinə
çevrilir.
Dəmir parçasına çəkiclə zərbə vursanız, zərbə dəyən hissənin istiliyinin artdığını
müşahidə edəcəksiniz. Bu zaman mexaniki enerjinin istilik enerjisinə çevrilməsi baş verir. Şüalanma
nəticəsində işıq enerjisi istilik enerjisinə çevrilir.
Deməli, təbiətdə baş verən hadisələr qarşılıqlı təsir, hərəkət və enerji
çevrilmələri ilə əlaqədardır. Bütün enerji çevrilmələri üçün bir qayda həmişə düzgün
hesab olunur:
enerji itmir və heçdən yaranmır. O, bir şəkildən digər şəklə çevrilir.
Qida rasionunda həm də yağlardan istifadə olunur. İnsan ac qaldıqda bədəndəki yağlar enerji
mənbəyi olur. Ancaq normadan çox yağın qəbulu artıq çəki yaradır və piylənməyə səbəb olur.
- Soyuq havada insanlar şaxtanı hiss edən zaman nə üçün ayaqlarını yerə vuraraq
atılıb-düşürlər? Fikirlərinizi əsaslandırın.
-
Aşağıdakılara əsasən enerji çevrilmələrini müəyyənləşdirin:
Vedrədəki suyun günəş şüaları altında isinməsi __________________________________
Elektrik lampasının yanması
_____________________________________________________
Ütünün isinməsi
__________________________________________________________________
Dəmir parçasının günəş şüaları altında isinməsi ___________________________________
Suyun buxarlanması ______________________________________________________________
Meşə yanğını _____________________________________________________________________
İldırım çaxması
____________________________________________________________________
-
Səhv fikirləri seçib onların düz variantlarını yazın:
Enerji bir şəkildən başqa bir şəklə çevrilmir.
Sakit vəziyyətdə insan enerji sərf etmir.
Şüalanma nəticəsində işıq enerjisi istilik enerjisinə çevrilir.
Su yuxarıdan tökülən zaman onun kinetik enerjisi potensial enerjiyə çevrilir.