Qədim zamanlarda insanlar təbiətdə baş verən hadisələrin səbəblərini bilmirdilər. Zaman keçdikcə aparılan müşahidələr, araşdırmalar, tədqiqatlar təbiətdə baş verən hadisələrin səbəbləri haqqında çoxlu məlumat əldə etməyə imkan yaratdı.
Təbiətdə baş verən hadisələr müxtəlif olduğu kimi, onlar arasındakı qarşılıqlı təsir də müxtəlifdir. Bir çox hadisələrin başvermə səbəbi də məhz qarşılıqlı təsirlə izah olunur.
Təbiətdə baş verən hansı hadisələri qarşılıqlı təsirlə əlaqələndirmək olar?
Verilmiş mətnə əsasən qarşılıqlı təsirləri
müəyyənləşdirin.
Qızmar yay günlərindən biri idi. İki dost alma ağacının kölgəsində oturmuşdu.
Onlardan biri cibindən iki rezin şar çıxarıb üfürdü və bir-birinə sürtdü. Şarları əlinə
toxundurduqda onların əlinə yapışdığını gördü.
Digəri isə üfüqün cəhətlərini müəyyən etmək üçün
kompası işlək vəziyyətə gətirdi. Bu zaman əsən külək ağacdan bir neçə almanı yerə saldı.
Təbiətdə dörd növ qarşılıqlı təsir mövcuddur:
qravitasiya
elektromaqnit
qüvvətli qarşılıqlı təsir
zəif qarşılıqlı təsir
Qarşılıqlı təsirin bu növləri barədə ətraflı məlumatı siz yuxarı siniflərdə əldə edəcəksiniz.