Ağıl hər kəsdə var, amma hər kəs onu eyni cür “qidalandırmır”.
Hər şey ağılla idarə edilə bilər. Əgər insanlar öz hiss və duyğularına ağılla nəzarət edə bilsələr, bəşəriyyət bir çox bəlalardan xilas olar. Lakin hamı ağılla hərəkət edirmi?
Alim, müəllim, həkim, memar və digər peşə sahibləri insanlara xidmət edir. Amma oğru, cani, qatil isə tam əksinə, ağıldan düzgün istifadə etməyib bəşəriyyətə və insanlara zərər verir, təhlükəyə atır.
Məsələn, insan əlindəki kibritlə həm tonqal qalayıb qızına və yemək bişirə, həm də ətrafa od vurub yanğın törədə bilər.
İnsan istəksiz yaşaya bilməz. O, yemək, içmək kimi həyati tələbatlardan məhrum olarsa, məhv olar. Amma istəklərin də həddi vardır. İnsan hər istədiyindən arzuladığı qədər yox, ona lazım olan miqdarda istifadə etməyi bacarmalıdır. Buna da iradə deyirlər.
İnsan öz iradəsi ilə ya xeyir, ya da şər yolunu seçə bilər.
Qəzəb xoşa gəlməyən bir hadisə qarşısında intiqam arzusu ilə yaşamaq, hirs, ədavət, hiddət, düşmənçilik və hücum etməyə meyil yaradan hissdir.