Azərbaycanın hansı xeyriyyəçilərini tanıyırsınız? Onlar hansı xeyirxah əməllərinə görə ad qazanmışlar?
Hacı Zeynalabdin Tağıyev öz mənəvi keyfiyyətlərinə görə tariximizin yaddaşında iz qoymuşdur. Onun xeyirxahlığı məcburi olmamış, yüzlərlə gəncin təhsil almasına kömək etmiş, kasıb və kimsəsizlərə yardım göstərmişdir. Hətta 1901-ci ildə Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini açmışdır.
Yuxarıda deyildiyi kimi, insan yalnız cəmiyyət qarşısında deyil, özü və yaxınları qarşısında da müəyyən borca malikdir. Məsələn, “ailə borcu”, “yoldaşlıq borcu” və s.
Cəmiyyətdə tez-tez maddi və mənəvi borc sözlərini eşidirsiniz.
Mənəvi borca insanların üzərinə düşən öhdəlikləri (məsələn, vətən, xalq, kollektiv, ailə, valideyn qarşısındakı borc), o cümlədən peşə fəaliyyəti (müəllimlik borcu, həkimlik borcu və s.) ilə bağlı vəzifələri aid etmək olar.
Bizim mənəvi borclarımızdan biri də tarixi abidələrimizin – qoruqların, qalaların və digər milli sərvətlərimizin qorunub saxlanmasıdır.