Dəm qazından zəhərlənmə. Son dövrlərdə dəm qazından zəhərlənməyə tez-tez rast gəlinir. Zəhərlənmə zamanı aşağıdakı hallar müşahidə olunur:
Zəhərlənmə zamanı ilk yardım:
– zərərçəkəni açıq havaya çıxarmalı;
– paltarının yaxasını açmalı;
– zərərçəkəni yarıoturaq vəziyyətə gətirib alnına, sinəsinə soyuq kompres qoymalı;
– zərərçəkən nəfəs almırsa, ona süni tənəffüs verilməli və ürəyi dolayı yolla masaj edilməlidir.
Ürəkgetmə (bayılma) – huşun müvəqqəti itməsidir. Bayılmaya səbəb istivurma, günvurma, güclü ağrı, qorxu, yorğunluq, kəllə-beyin zədələnmələri və s. ola bilər. Belə olan halda:
– zərərçəkəni arxası üstə uzatmalı və ayaqlarını bir qədər hündürə qaldırmalı;
– paltarının yaxasını açmalı;
– təmiz havanın daxil olması üçün pəncərələri açmalı;
– zərərçəkənin üzünə soyuq su çiləməli və ya naşatır spirti iylətməli.
Dəm qazından zəhərlənmə, yanğın və müxtəlif qəzalar zamanı zərərçəkənlər dərhal hadisə yerindən uzaqlaşdırılmalı, ilk tibbi yardım göstərildikdən sonra təcili olaraq həkimə çatdırılmalıdır. Siz gələcəkdə ilk tibbi yardımın başqa növləri haqqında da məlumatlar əldə edəcəksiniz.