Yanıqlar müxtəlif səbəblərdən: - oddan, buxardan, kimyəvi maddələrdən, qızmış metallardan və s. baş verə bilər. Yanıqlar I, II, III və IV dərəcəli olur. Ən qorxulu yanıq IV dərəcəlidir.
Yanıqlar zamanı güclü ağrılar olur, zəhərli maddələr yaranıb qana sorulur və zəhərlənmə baş verir. Zərərçəkənə ilk tibbi yardım zamanı onun yanan paltarını söndürmək, çoxlu maye içirtmək lazımdır.
Yanıq zamanı əmələ gələn suluqları deşmək, yaraya yağ və s. maddələr sürtmək olmaz. Zədələnmiş sahənin üzərinə xüsusi yanıq əleyhinə sarğı qoyulur. Kimyəvi maddələr nəticəsində yaranmış yanıqlar zamanı yanmış nahiyə mütləq 15 dəqiqə axar su ilə yuyulmalıdır.
Yanıb dəriyə yapışmış paltarı zorla dartıb çıxarmaq olmaz. Onu çox ehtiyatla kəsib çıxarmaq lazımdır.