Lalə valideynləri ilə birlikdə Türkiyəyə istirahətə getməyə hazırlaşırdı. O, internet vasitəsilə təyyarədə təhlükəsizlik qaydaları haqqında məlumat topladı. Topladığı məlumatda həm təyyarədə, həm də dəmiryol qatarlarında bəzi təhlükəsizlik qaydalarının eyni olduğunu müşahidə etdi. Sizcə, bu qaydalar hansılardır?
Xanımın babası 1994-cü ildə Bakı metropolitenində törədilmiş terror aktı zamanı həlak olmuşdu. Ona görə də çox zaman metroda yanğın olarsa, hansı qaydalara əməl edəcəyi barədə düşünürdü. Xanıma bu işdə yardım etmək məqsədilə metroda yanğın və partlayışlar zamanı gərəkli olacaq təhlükəsiz davranış qaydaları haqqında məlumat toplayın.
Gəmidə və dəmiryol nəqliyyatında təhlükəsiz davranış qaydalarını və bu qaydalara riayət etmədikdə yaranan təhlükəni aşağıdakı cədvəldə qeyd edin.
Nəqliyyat növləri | Təhlükəsizlik qaydaları |
Qaydalara riayət etməməyin nəticələri |
Gəmi | ||
Qatar |
Məktəbinizdəki şagirdlərin ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına əməl etmələri üçün buklet və simvol hazırlayın.