Metroda təhlükəsizlik qaydaları:
- Eskalatorda sağ tərəfdə, üzü
hərəkət istiqamətinə dayanmalı və
barmaqların tutacağın altında qalmamasına
nəzarət etməli;
- Platformada qatarın gəldiyi
yola yaxın durmamalı;
- Relslər üzərinə hər hansı bir
əşya düşərsə, təcili növbətçiyə bu
barədə xəbər verməli;
- Vaqonun qapılarına yaxınlaşmaq
üçün qatarın dayanmasını və
sərnişinlərin düşməsini gözləməli;
- Qatara minəndə və düşəndə hərəkətli qapılarla ehtiyatlı olmalı;
- Qatar hərəkətdə olarkən qapıya söykənməməli;
- Vaqonda və yaxud platformada gördüyünüz sahibsiz əşyalara toxunmamalı və bu barədə növbətçiyə
xəbər verməlisiniz.
Təyyarədə təhlükəsizlik qaydaları:
- Uçuş zamanı siqaret çəkməməli
və elektron cihazlardan
istifadə etməməli;
- Təyyarədə qalxma və enmə zamanı mütləq təhlükəsizlik kəmərlərini bağlamalı;
- Hava gəmisindəki avadanlıqları
korlamamalı;
- Baqajda radioaktiv maddələr,
fişəng, maqnit və s. aparmamalı;
- “Sərt eniş” zamanı əyilərək əlləri dizlərin altında çarpazlamalı, başı mümkün qədər aşağı
salmalı, ayaqları döşəməyə dirəməlisiniz.