– Civə damcılarının üstünə çıxmamalı və təcili azyaşlı uşaqları həmin yerdən uzaqlaşdırmalı;
– Pəncərəni açmalı;
– Yerə tökülən civə parçalarını təmizləmək üçün tozsorandan istifadə etməməli;
– Plastik (rezin) əlcək geyib yerdəki civə damcılarını bir vərəqlə və ya yumşaq fırça ilə kağıza yığmalı;
– Yığılmış damcıları su ilə dolu şüşə qaba boşaldıb ağzını bağlamalı;
– Sınıq termometrdə qalmış civəni də bu qaba atmalı;
– Civənin dağıldığı yer sabun-soda məhlulu ilə isladılmalıdır.
Təhlükəsizlik qaydalarına əməl etməmək bir sıra bədbəxt hadisələrə səbəb ola bilər. Belə hallarda zərərçəkəni xilas etmək üçün vaxt itirmədən ilkin tibbi yardım göstərilməli və təcili olaraq həkimə müraciət olunmalıdır.
a) civə dağılan yeri tozsoranla təmizləməli;
b) yığılmış civəni su ilə dolu şüşə qaba atmalı;
c) sınmış termometri zibil qabına atmalı;
d) civəni əllə toplamalı;
e) evin pəncərələrini açmalı;
ə) evin pəncərələrini bağlamalı;
f) tibbi maskadan istifadə etməli.