Uşaq əyləncə mərkəzlərində, parklarda və çimərliklərdə əməl etməli olduğunuz təhlükəsizlik qaydaları hansılardır və bu qaydalara əməl etməməyin nəticələri nə ola bilər?
Elektrik xətlərinin həddindən artıq qızması və elektrik şəbəkələrinin normadan artıq yüklənməsi elektrik xəttində qısaqapanmalara - yanğınlara səbəb olur. Elektrik yanğınlarının söndürülməsində qətiyyən sudan istifadə etmək olmaz. Bu, yanğının artması və eyni zamanda onu söndürməyə çalışan insanı elektrik vurması ilə nəticələnə bilər. Uşaqların elektrik cihazları ilə oynaması, elektrik şəbəkəsinə hər hansı bir əşya ilə müdaxilə etməsi, elektrik cihazlarını suya yaxın tutması və s. nəticəsində də elektrik vurmaları baş verə bilər. Elektrik cərəyanı bütün orqanizmə, ilk növbədə, sinir sisteminə təsir göstərir. Bu halda qıcolma baş verir, bədən soyuyur, ürəyin fəaliyyəti zəifləyir və əksər hallarda insan dünyasını dəyişir.
Gündəlik həyatımızda bədən temperaturunu ölçmək üçün civəli termometrlərdən geniş istifadə olunur. Lakin ehtiyatsızlıq nəticəsində termometr sına və civə ətrafa yayıla bilər. Civə dağılmaları zamanı bədənə daxil olan civə təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına, gözlərin sulanmasına səbəb ola bilər
Civə dağıldıqda aşağıdakı qaydalara əməl etmək lazımdır: