Bu gün həyatımızı kompütersiz təsəvvür etmirik. İstədiyimiz məlumatı əldə etməkdə kompüter köməyimizə çatır. Lakin həkimlər azyaşlı uşaqlara kompüterdən çox istifadə etməyi məsləhət görmürlər. Uşaqların kompüterə və ya televizora uzun müddət baxmaları onların gözlərində ciddi problemlər yarada bilər.
Kompüter qarşısında çox oturmaq yuxu və sinir pozğunluğuna səbəb olur ki, bu da nevroza gətirib çıxarır. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və hətta böyüklərdə də beyinin inkişafına mane olur.
Sağlamlığımızı qorumağı öyrənməsək, heç bir təbib bizə kömək edə bilməz. Ona görə də tez-tez “Düzgün qidalanırammı?”, “İstirahət edirəmmi?”, “Sinir hüceyrələrimi qoruyurammı?”, “Təmiz havada gəzirəmmi?” sualları ətrafında düşünməniz vacibdir.
Televizordan və telefondan asılılığın insan orqanizminə mənfi təsiri haqqında məlumat toplayıb təqdimat hazırlayın.
Zərərli vərdişlərin aradan qaldırılması üçün hansı təklifləri irəli sürərdiniz?
Elə bir tibbi cihaz təsvir edin ki, bu cihaz insanları zərərli vərdişlərdən - siqaret çəkmək və spirtli içkilərdən istifadədən xilas edə bilsin.
“Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan” mövzusunda esse yazın.
Sağlamlığın müxtəlif cəhətlərinə təsir göstərən amilləri müəyyənləşdirin.
Fiziki sağlamlıq | |
Emosional sağlamlıq | |
Mənəvi sağlamlıq |