Mayeyə batırılan cisim maye tərəfindən itələnir. Bu itələmə qüvvəsi ağırlıq qüvvəsinin əksinə yönəlir. Belə halda cisim haqqında deyilir ki, o, çəkisini itirmişdir.
Bu qanunauyğunluq qədim yunan alimi Arximed tərəfindən müəyyən edildiyinə görə onun şərəfinə Arximed qanunu adlandırılmışdır. Mayeyə (və ya qaza) batırılan cismə təsir edən itələyici qüvvə isə arximed qüvvəsi adlanır.
● Arximed qüvvəsinin modulu - mayenin (və ya qazın) sıxlığı, sərbəstdüşmə təcili və cismin mayeyə (və ya qaza) batan hissəsinin həcmi hasilinə bərabərdir:
FA = ρmgVb və ya FA = mmg = Pm
Burada FA – mayeyə batırılan cismə təsir edən arximed qüvvəsi, ρm – mayenin sıxlığı, Vb – cismin mayeyə batan hissəsinin həcmi, mm = ρmVb – cismin batan həcmi qədər mayenin kütləsi, Pm – cismin mayeyə batan hissəsinin həcmi qədər mayenin çəkisidir.
● Mayeyə və ya qaza batırılan cismin çəkisi arximed qüvvəsi qədər azalır:
P = P0 – FA .
Burada P – cismin mayedəki çəkisi, P0 – cismin vakuumdakı (havadakı) çəkisi, FA – arximed qüvvəsidir.
Öyrəndiklərinizi tətbiq edin