Təchizat: dinamometr, içərisində su olan qab,
plastilin.
Araşdırmanın gedişi:
1. Plastilini dinamometrdən asın və onun havadakı
çəkisini ölçün. Nəticəni iş vərəqinə qeyd
edin.
2. Dinamometri aşağı hərəkət etdirərək plastilini
qabın dibinə toxunmadan tamamilə suya
batırıb onun sudakı çəkisini ölçün. Nəticəni iş
vərəqinə qeyd edin.
3. Plastilini sudan çıxarın, ona kürə forması
verib dinamometrdən asın və yenidən suya tam
batıraraq sudakı çəkisini ölçün. Bu nəticəni də
iş vərəqinə qeyd edin.