Yer atmosferi şərti olaraq müxtəlif təbəqələrə ayrılmışdır (a). Aparılan hesablamalara görə, Yer atmosferinin ümumi hündürlüyünün təqribən 0 – 10000 km arasında, kütləsinin isə 5,2·1015 ton olduğu ehtimal edilir
p = ρgh
düsturu ilə dəqiq hesablamaq olarmı?İlk dəfə dolayı yolla atmosfer təzyiqini XVII əsrdə yaşamış italyan alimi Evangelista Torriçelli ölçmüşdür. O, 1m uzunluqda, bir ucu lehimlənmiş (bağlı olan) şüşə borunu civə ilə doldurur. Borunun açıq ucunu barmağı ilə qapayıb çevirərək civə olan geniş qaba daxil edir. Civənin içərisində borunun ucundan barmağını götürür. Bu zaman borudakı civənin az hissəsi qaba tökülmüş, çox hissəsi isə boruda qalmışdır. Boruda qalan civə sütununun hündürlüyü vannadakı civənin səthindən təxminən 760 mm olmuşdur (b).