Bunun səbəbi onun içərisindəki havanın təzyiqi ilə atmosfer təzyiqinin bərabər olmasıdır. Rezin başlığı sıxdıqda borudakı havanın bir hissəsi kənara çıxdığından onun təzyiqi azalır. Nəticədə atmosfer təzyiqi mayeni boruya itələyərək onu doldurur. Laboratoriyada mayedən nümunə götürmək üçün işlədilən axıdıcının (c) iş prinsipi, habelə araşdırmada yoxladığınız stəkanın dibinə yapışdırılan kağızın islanıb-islanmadığı da atmosfer təzyiqinin varlığına əsaslanaraq izah olunur. Bu barədə özünüz düşünün.
Öyrəndiklərinizi tətbiq edin