AÇAR SÖZLƏR
Hidravlik maşın
Hidravlik pres
Qüvvədə qazanc
Cisimləri presləmək üçün __ adlanan xüsusi qurğudan istifadə
edilir. Hidravlik maşının köməyi ilə
dəfə __ əldə edilir. Hidravlik maşın cisimləri presləmək üçün işlədildiyindən onu
__ də adlandırırlar.
Öyrəndiklərinizi yoxlayın
1. Hidravlik maşının iş prinsipi hansı qanuna əsaslanır? 2. Hidravlik maşında
mayeni hava ilə əvəz etmək olarmı? Cavabınızı əsaslandırın. 3. Hidravlik maşında
qüvvədə əldə edilən qazanc nədən asılıdır?
ÇALIŞMA-10
BS-də təzyiq vahidini əsas vahidlərlə ifadə edin.
Su sütunu qabın dibinə 44 kPa təzyiq göstərir.
Qabın dibinə eyni təzyiqi kerosin də göstərir. Su
və kerosin sütunlarının hündürlükləri nə qədərdir
Şəkildə təsvir edilən kərpiclərin masaya göstərdikləri
təzyiqləri arasında hansı münasibət var?
Şəkildə birləşmiş qab təsvir edilir. Qabların birində kerosin,
digərində duzlu sudur. Bu mayelər qablarda necə yerləşir
və üfüqi MN səviyyəsində onların təzyiqləri arasında
hansı münasibət var?
Şəkildə porşenləri tarazlıqda olan hidravlik maşın təsvir edilmişdir. Verilənlərə
əsasən kiçik porşenin səthindəki cismin kütləsini təyin edin.