Öyrəndiklərinizi tətbiq edin
Təchizat: hər iki tərəfi açıq olan şüşə boru, rezin şlanq, su, ştativ.
Araşdırmanın gedişi: 1. Şüşə boruları şlanqla birləşdirin. Borulardan birini ştativə bərkidin və içərisinə su töküb baş verən hadisəni izləyin (a). 2. ikinci borunu müxtəlif istiqamətlərə (sağa və sola əyin, yuxarı qaldırın, aşağı salın) hərəkət etdirib yerini dəyişin (borudakı su yerə tökülməsin).