Maye sütununun prizma formada olduğunu fərz etsəniz, düsturu aşağıdakı ardıcıl addımlarla özünüz də çıxara bilərsiniz:
1-ci addım: Maye prizmasının təzyiqi düsturu ilə hesablanır.
Burada F –
maye prizmasına təsir edən ağırlıq qüvvəsi, S – prizmanın oturacağının sahəsidir.
2-ci addım: Ağırlıq qüvvəsi Fa= mg düsturu ilə hesablanır. Burada m – mayenin kütləsidir.
3-cü addım: Maye sütununun kütləsi m = ρV kimi hesablanır. Burada ρ – mayenin sıxlığı, V – həcmidir.
4-cü addım: Maye sütununun həcmi V = Sh kimi hesablanır. Burada S – oturacağın sahəsi, h – sütunun hündürlüyüdür.
Öyrəndiklərinizi tətbiq edin
Maye | Dərinlik (sm) | Manometr qollarındakı mayenin fərqi (sm) |
Su | ||
Günəbaxan yağı |
1. Mayenin təzyiqi hansı kəmiyyətlərdən asılıdır?
2. İki stəkandan birində su, digərində isə qliserin vardır.
Stəkanlardakı mayelərin hər birinin hündürlüyü 6 sm-dir.
Mayelərin stəkanın dibinə göstərdiyi təzyiqlər fərqini hesablayın
(ρsu = 1000 kq/m3, ρqliserin = 1260 kq/m3, g =
10 m/san2).
3. Xəzər dənizinin 1 km dərinliyində təzyiq nə qədərdir
(atmosfer təzyiqi nəzərə alınmır)?
(ρdəniz = 1030 kq/м3 , g = 10 N/кq)
4. Çəndəki kranı açdıqda su hansı təzyiqlə axmağa başlayar?
(g = 10 N/кq)