Təchizat: mayeli manometr, rezin pərdəli qıf, içərisində su olan qab, duz (100-150
q),
xörək qaşığı, şlanq.
Araşdırmanın gedişi: 1. Qıfı şlanqla manometrə birləşdirin və rezin pərdəli
tərəfini suyun
içərisində müxtəlif dərinliklərdə yerləşdirin. Hər dəfə manometrin qollarındakı
maye sütunlarının səviyyələrini iş vərəqində qeyd edin. 2. Qıfı suyun daxilində eyni
səviyyədə, lakin müxtəlif vəziyyətlərdə yerləşdirin və manometrin göstərişini izləyin.
3. Qıfı sudan çıxarın, manometrin qollarındakı suların səviyyələrini tarazlaşdırın (qıfı
şlanqdan çıxarıb yenidən birləşdirin).
4. Qabdakı suya bir neçə xörək qaşığı duz əlavə
edib qarışdırın (duzlu su düzəldin) və təcrübəni
əvvəlki bəndlərə uyğun təkrarlayın.
Nəticəni müzakirə edin:
1. Dərinlik artdıqca manometrin
qollarındakı suyun səviyyəsi necə dəyişdi?
2. Qıfı suyun daxilində eyni səviyyədə,
lakin müxtəlif vəziyyətlərdə yerləşdirdikdə manometrin
göstərişi dəyişdimi?
3. Təcrübəni duzlu
su ilə təkrarladıqda manometrin qollarındakı
mayelərin fərqi duzsuz suya nəzərən necə
dəyişdi?