Təchizat: mayeli manometr, şpris (20 ml-lik).
Araşdırmanın gedişi: 1. Boş şprisin porşenini tam yuxarı çəkin və həmin
vəziyyətdə
manometrin şlanqına birləşdirin. 2. Porşeni sıxmaqla şprisdəki havanın həcmini tədricən
azaldın və manometrin qollarındakı mayelərin səviyyələrini
müşahidə edin. 3. Sıxılan porşeni tədricən geriyə – əvvəlki vəziyyətinə
qaytarmaqla şprisdəki havanın həcmini artırın. Bu zaman
manometrdəki dəyişikliyi izləyin.
Nəticəni müzakirə edin:
1. Şprisdəki havanın həcmi azaldıqda
manometrin hansı qolundakı mayenin səviyyəsi azaldı? Nə
üçün?
2. Qazın həcmi azaldıqda təzyiq necə dəyişdi?
3. Şprisdəki
havanın həcmi artdıqda manometrin qollarındakı maye
sütunlarının səviyyəsi necə dəyişdi? Nə üçün?
4. Qazın həcmi
artdıqda təzyiq necə dəyişdi?