Düsturdan göründüyü kimi, təzyiq səthin sahəsi ilə tərs mütənasibdir: eyni bir qüvvənin təsir göstərdiyi səthin sahəsi nə qədər böyük olarsa, təzyiq bir o qədər kiçik olar.
Təzyiqin BS-də vahidi fransız alimi Blez Paskalın şərəfinə paskal (Pa) adlanır:
Təzyiqin digər vahidlərindən də istifadə olunur:
1 kPa = 1000 Pa; 1 Pa = 0,001 kPa; 1 hPa = 100 Pa; 1 Pa = 0,01 hPa.
Öyrəndiklərinizi tətbiq edin
1. Mismarın hər iki ucuna düşən təzyiqi hesablayın.
2. Araşdırma 1-də təsvir olunan kərpicin şaquli və üfüqi vəziyyətlərində süngərin səthinə göstərdiyi təzyiqi hesablayın.