Top Yer səthi ilə elastik qarşılıqlı təsirdə olduqdan sonra yenidən şaquli yuxarı sıçrayır, mexaniki enerjinin dəyişmə prosesi təkrarlanır. Sürtünmə qüvvəsinin təsiri nəzərə alınmazsa, topun tam mexaniki enerjisi dəyişməz qalar:
Beləliklə, sürtünmə olmadıqda hərəkətdə olan cismin tam mexaniki enerjisi dəyişmir, o, bir növdən digər növə çevrilir. Fizikada bu, tam mexaniki enerjinin saxlanması qanunudur.
Öyrəndiklərinizi tətbiq edin
Şəkildə atletin şüvüllə tullanmasının 5 ardıcıl anı təsvir edilmişdir.
Sual 1. Bu tullanışda hansı enerji çevrilmələri baş verir?
Sual 2. Atlet hansı anda ən böyük kinetik enerjiyə malik olmuşdur?
Sual 3. Atletin 3 anında tam enerjisi nəyə bərabərdir?
Sual 4. Atlet 5 anında hansı tam enerjiyə malikdir?
Sual 5. Atletin 2 və 4 anlarında tam enerjisi nəyə bərabərdir?