Araşdırmada potensial enerjinin kinetik enerjiyə və əksinə, kinetik
enerjinin
potensial enerjiyə çevrilməsini müşahidə etdiniz.
Cisim hərəkətdə olduqda onun tam mexaniki enerjisi dəyişirmi?
Fərz edək ki, m kütləli top Yer səthindən sürəti ilə şaquli yuxarı atılmışdır. Topa sürət verməklə o, maksimum kinetik enerji alır, potensial enerji isə Yer səthində sıfıra bərabərdir. Yer səthindən şaquli yuxarı atılan topun tam mexaniki enerjisi kinetik enerjinin maksimum qiymətinə bərabərdir: (c, 1 nöqtəsi):
Top yuxarı qalxdıqca sürəti azalır, Yerdən qalxma hündürlüyü isə artır və maksimum H hündürlüyündə ani dayanır (v=0 olur). Bu halda onun kinetik enerjisi, havanın müqaviməti nəzərə alınmazsa, tamamilə potensial enerjiyə çevrilir (c, 2 nöqtəsi).
Topun tam mexaniki enerjisi maksimum hündürlükdəki potensial enerjiyə bərabər olur:
Top ani dayandıqdan sonra şaquli aşağı düşməyə başlayır. Bu zaman onun sürəti və kinetik enerjisi artır, potensial enerjisi isə azalır. Düşən top Yer səthindən ixtiyari h hündürlüyündəki nöqtədə həm potensial, həm də kinetik eneıjiyə malik olur (c, 3 nöqtəsi). Beləliklə, düşən (və ya qalxan) topun hərəkət trayektoriyasının aralıq nöqtələrində tam mexaniki enerjisi
olur.
Yer səthinə çatan anda (h = 0 olduqda) top maksimum sürət aldığından kinetik eneıji maksimum qiymətə, potensial enerji isə sıfıra bərabər olur.
Beləliklə, topun H hündürlüyündəki maksimum potensial enerjisi Yer səthinə düşən anda maksimum kinetik enerjiyə çevrilir.
Təbii ki, onun tam mexaniki enerjisi də yenidən maksimum kinetik enerjiyə bərabər olur.