Belə halda deyilir ki, kinetik enerjisi - hərəkətdə olan cismi dayandırmaq üçün tormozlayıcı qüvvənin gördüyü işə bərabərdir:
Burada (-) mənfi işarəsi, tormozlayıcı qüvvənin yerdəyişmənin əksinə yönəldiyini göstərir.
Hadisəyə başqa tərəfdən yanaşaq: sükunətdə olan tircik kürəciyin ona təsiri nəticəsində hərəkətə gələrək müəyyən sürət alır. Belə halda deyilir ki, kinetik enerjisi - sükunətdə olan cismə müəyyən sürət vermək üçün görülən işə bərabərdir:
Beləliklə, yuxarıda deyilənlərə əsasən kinetik enerjinin fiziki mahiyyətini belə ifadə etmək olar: kinetik enerji - hərəkət edən cismin işgörmə qabiliyyətini xarakterizə edir. Bu tərifdən məlum olur ki, niyə kinetik enerji BS-də iş vahidi olan coulla ölçülür.
Bəs kinetik enerji hansı fiziki kəmiyyətlərdən asılıdır?
Araşdırmadan müşahidə etdiniz ki, cismin (kürəciyin) sürəti və ya kütləsi böyük olduqda, o daha böyük kinetik enerjiyə malik olur, yəni cismin kinetik enerjisi - onun kütləsindən və sürətinin kvadratından düz mütənasib asılıdır:
Cismin kinetik enerjisi önun kütləsi ilə sürətinin kvadratı hasilinin yarısına bərabərdir:
Öyrəndiklərinizi tətbiq edin