Araşdırma-1. Yer səthindən müəyyən hündürlüyə
qaldırılan cismin enerjisi nədən asılıdır?
Təchizat: çəki daşları (0,5 kq və 1 kq), dinamometr, xətkeş.
Araşdırmanın gedişi:
1. Masanın səthinin döşəmədən olan h hündürlüyünü ölçün və alınan qiyməti iş
vərəqinə köçürdüyünüz cədvəldə qeyd edin.
2. 0,5 kq kütləli çəki daşını dinamometrdən asın və bərabər sürətlə döşəmədən masanın
səthinə qaldırın. Dinamometrin göstərişinə əsasən çəki daşına təsir edən F
qüvvəsini təyin edib cədvələ yazın.
3. Çəki daşını döşəmədən masanın səthinə qaldırarkən görülən işi A = F•h
düsturu ilə
hesablayıb cədvələ yazın.