Öyrəndiklərinizi tətbiq edin
Şəkilləri diqqətlə nəzərdən keçirib müəyyən edin: 1. Dağ zirvəsində toplanan qar hansı enerjiyə malikdir (1)? 2. Qar uçqunu hansı enerjiyə malikdir (2)?
3. Çayın qarşısında qurulan bəndlə müəyyən hündürlüyə qaldırılan su (3) hansı enerjiyə malikdir? 4. Açılan bənddən axan su hansı enerjiyə malikdir? 5. Topdan atılan mərmi hansı enerji alır (4)?
Nəticəni müzakirə edin. Cavablarınızı əsaslandırıb iş vərəqinə yazın.