Araşdırmanın gedişi: 1.
Kürəciyi bir qədər sola (və ya sağa) sıxıb saxlayın və bir neçə saniyədən sonra sərbəst buraxın.
2.
Müşahidə etdiyiniz hadisədə kürəciyə təsir edən hansı qüvvənin iş gördüyünü yoldaşlarınızla
müzakirə edin.
3.
Yaylardan birini sıxın və həmin vəziyyətdə iplə bağlayın. İpi kəsdikdə kürəciyin işgörmə səbəbi
üzərində düşünün (d).
Qüvvənin təsiri cismi hərəkətə gətirirsə, mexaniki iş görülür. Baxılan misallarda görülən işin nəticəsində cisim deformasiyaya məruz qalır (kaman və elastik yay dartılır). Deformasiyaya məruz qalan cisim, məsələn, yay, buraxıldıqda əvvəlki vəziyyətinə qayıdır, bu zaman o, özü ilə yükü də hərəkətə gətirir (kamandan çıxan ox hədəfə doğru uçur) – elastik yay iş görür.
Beləliklə, deformasiya olunan cisim iş görür:
Qayçı ilə sapı kəsdikdə sıxılan və dartılan yay iş görür, onlarda toplanan potensial enerji kürəciyə verilir. Nəticədə kürəcik artan sürətlə dartılan yay istiqamətində hərəkətə gəlir - yayda yaranan elastiklik qüvvəsi iş görür. Beləliklə, yayların potensial enerjisi kürəciyin hərəkət enerjisinə çevrilir.
Enerji skalyar fiziki kəmiyyət olub E hərfi ilə işarə edilir, BS-də vahidi couldur:
[E]=1C.