Təsvirləri araşdırın: 1. Oğlan
şkafı dartır, lakin o tərpənmir.
2. Fəhlə yük götürmüşdür,
lakin hərəkət etmir.
3. Usta kərpic divarı itələyir,
lakin divar yerindən
tərpənmir.
Nəticəni müzakirə edin:
Hansı halda mexaniki iş
görülmür? Nə üçün?
Cavabınızı əsaslandırın.