Burada A – mexaniki iş, F – cismə təsir edən əvəzləyici qüvvənin modulu, s – yerdəyişmənin moduludur. İş skalyar kəmiyyətdir. İşin vahidi BS-də ingilis alimi C.Coulun (1818–1889) şərəfinə coul (1C) adlandırılmışdır.
Cismin hərəkət istiqamətinə yönələn 1N qüvvənin təsiri ilə yerini 1 m dəyişmişdirsə, görülən iş 1C-dur:
[A] = [F]·[s] = 1N·1m = 1 N·m = 1C.
Əvəzləyici qüvvənin yerdəyişməyə nəzərən istiqamətindən asılı olaraq, mexaniki iş müsbət, mənfi və sıfır ola bilər:
- əvəzləyici qüvvə yerdəyişmə istiqamətindədirsə, mexaniki iş müsbətdir;
- əvəzləyici qüvvə yerdəyişmənin əksinəyönəlibsə, mexaniki iş mənfidir;
- əvəzləyici qüvvənin istiqaməti yerdəyişmə istiqamətinə perpendikulyardırsa,
mexaniki iş sıfıra bərabərdir - iş görülmür.
Təchizat: dinamometr, tircik (3 əd), sap, xətkeş.
Araşdırmanın gedişi: 1. Əvvəlcə bir, sonra bir-birinin üzərinə qoyulmuş
iki, daha
sonra isə üç tirciyin növbə ilə eyni məsafəyə doğru bərabər sürətlə yerini dəyişin (a).
2. Dinamometrin üç müxtəlif hal üçün göstərişlərini iş vərəqinə köçürdüyünüz 1-ci
cədvəldə
qeyd edin və görülən işləri hesablayın. 3. Təcrübəni bir tirciyi üç müxtəlif
məsafəyə bərabər sürətlə hərəkət etdirməklə təkrarlayın (b).
Tirciyin sayı | Yerdəyişmə (m) | Qüvvə (N) | Görülən iş (C). A = F · s |
1 | 0,1 | ... | ... |
2 | 0,1 | ... | ... |
3 | 0,1 | ... | ... |