Sürtünməni azaltmaq üçün toxunan səthlər arasına sürtkü yağı daxil edilir. Yağ gözlə görünməyən kələ-kötürləri dolduraraq hamarlayır və səthləri birbirindən aralayır.
Sürtünmə qüvvəsi nədən asılıdır?Fs = μ · Ft.
Burada Ft – təzyiq qüvvəsidir. Cisim üfüqi səth üzrə sürüşdükdə təzyiq qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir:
Ft = mg.
μ – sürüşmə sürtünmə əmsalıdır. O, toxunan səthlərin materialından və kələkötürlüyündən asılıdır. Sürüşmə sürtünmə əmsalının ölçü vahidi yoxdur. Bəzi toxunan cisimlər üçün sürüşmə sürtünmə əmsalı xüsusi cədvəldə verilir (bax: əlavələr, cədvəl 2)
Öyrəndiklərinizi tətbiq edin
Təchizat: dinamometr, tərəzi və çəki daşları, taxta tircik, yüklər dəsti (hər biri 102 q).
Araşdırmanın gedişi: 1. Tirciyin kütləsini (mt) tərəzidə təyin edib iş dəftərinə köçürdüyünüz cədvəldə qeyd edin. 2. Tirciyi dinamometrin qarmağına keçirib üfüqi müstəvi üzrə bərabər sürətlə dartın. Bu zaman dinamometrin göstərişini qeyd edin, o, sürüşmə sürtünmə qüvvəsinin qiymətini göstərir. 3. Tirciyin üzərində kütləsi məlum olan əlavə yük yerləşdirin və dinamometr vasitəsilə bərabərsürətli hərəkət etdirməklə sürtünmə qüvvəsini yenə ölçün.
4. Tirciyin yüklə birlikdə
ümumi kütləsini
(mt + my ) və dinamometrin göstərişini cədvələ yazın.
5. Sürüşmə sürtünmə əmsalını
düsturuna əsasən təyin edin.