İşin məqsədi: Dinamometri dərəcələməyi öyrənmək və dərəcələnmiş
dinamometrlə qüvvəni ölçmək.
Cihazlar və materiallar: 102 q-lıq yüklər dəsti, şkalası ağ kağızla
örtülmüş dinamometr, muftalı tutqac, halqalı ştativ, xətkeş.
İşə aid göstərişlər:
1. Şkalası örtülmüş dinamometri ştativin tutqacından şaquli vəziyyətdə asın. Göstəricinin
başlanğıc vəziyyətini kağız üzərində sıfır rəqəmi ilə qeyd edin.
2. Bir yükə təsir edən ağırlıq qüvvəsini Fa=mg düsturu ilə müəyyənləşdirin. Yük
bu qüvvə ilə
dinamometrin yayını dartır. Yayda yaranmış elastiklik qüvvəsi ilə ağırlıq qüvvəsi
tarazlaşır. Göstəricinin yeni vəziyyətini kağız üzərində 1 rəqəmi ilə qeyd edin.
3. Dinamometrin qarmağından ikinci, üçüncü yükləri asın. Hər yükə müvafiq gələn göstəricinin
vəziyyətini 2, 3 rəqəmi ilə qeyd edin. Bu rəqəmlər uyğun olaraq 1N, 2N və 3N qüvvəni
göstərir.
4. Dinamometri ştativdən açın. Xətkeş vasitəsilə qeyd etdiyiniz vəziyyətlər arasındakı
məsafəni ölçün. Məsafələrin bərabər olduğuna əmin olun. Əks halda ölçmələri yenidən
təkrarlayın.
5. Şkalanın yuxarısında N (nyuton) hərfini yazın. Dinamometriniz hazırdır.
6. Hazırladığınız dinamometrdən müxtəlif yüklər asın və onların çəkilərini təyin edin.
Təchizat: tribometr (və ya hamar
müstəvi), tircik, dinamometr, sap.
Araşdırmanın gedişi: Tirciyi dinamometrə
bağlayıb üfüqi müstəvi üzrə bərabər
sürətlə hərəkət etdirin. Dinamometr
tirciyə dartı qüvvəsi ( F→d
) təsir etdiyini göstərir.
Nəticəni müzakirə edin:
1. Tirciyə dartı qüvvəsinin təsir etməsinə baxmayaraq, nə üçün o, bərabərsürətli hərəkət edir?