4. Yükü dinamometrlə birlikdə şaquli aşağı kəskin hərəkət etdirin və bu hala uyğun onun çəkisini qeyd edin (f).
Nəticəni müzakirə edin:
1. Yük sükunətdə olan dinamometrdən asıldıqda, yaxud dinamometrlə birlikdə bərabərsürətli şaquli yuxarı-aşağı hərəkət etdikdə çəkisi nəyə bərabərdir?
2. Yük dinamometrlə birlikdə artan sürətlə şaquli yuxarı hərəkət etdikdə çəkisində hansı dəyişiklik müşahidə olundu? Bu hal nə adlanır?
3. Yük dinamometrlə birlikdə artan sürətlə şaquli aşağı hərəkət etdikdə çəkisində hansı dəyişiklik müşahidə olundu?
4. Yükü dinamometrlə birlikdə şaquli aşağı kəskin hərəkət etdirdikdə onun çəkisi nəyə bərabər oldu?
Dayaq
Çəki
Çəkisizlik
Asqı
__Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsidir. Çəkinin tətbiq nöqtəsi __ və ya __ . Sərbəstdüşmə zamanı cisim __ halındadır.
1. Çəki, kütlə və ağırlıq qüvvəsi: bunlar arasında nə fərq var?
2. Hansı halda çəki cismə təsir edən ağırlıq qüvvəsinə bərabər olur?
3. Çəkisizlik halında olmusunuzmu? Cavabınızı əsaslandırın.
4. Masa üzərindəki kitaba təsir edən ağırlıq qüvvəsi və çəkini sxematik göstər.
5. Hansı hərəkətdə əlavə yüklənmə baş verir?