Nəticəni müzakirə edin: 1. Nə üçün küvetə düşən su şırnağı düzxətli hərəkət etmir? Onu əyrixətli hərəkət etdirən nədir? 2. Şırnağın trayektoriyasının 1, 2, 3, 4 və 5 nöqtələrində uyğun olaraq suyun təcili hansı istiqamətdədir? Trayektoriyanı iş vərəqinə çəkin və bu istiqamətləri göstərin.
Nə öyrəndiniz
AÇAR SÖZLƏR

Sərbəstdüşmə təcili
Yerin mərkəzi
Ağırlıq qüvvəsi

__ cismin Yer (və ya başqa planetlər) tərəfindən cəzb olunduğu qüvvədir. Ağırlıq qüvvəsi ədədi qiymətcə cismin kütləsi ilə bu cismə verdiyi __ hasilinə bərabərdir. Sərbəstdüşmə təcili vektorunun istiqaməti düşən cismin trayektoriyasının ixtiyari nöqtəsində __ yönəlir.

Öyrəndiklərinizi yoxlayın

1. Nə üçün düşən cisim Yerə doğru hərəkət edir, lakin Yer cismə doğru hərəkət etmir?
2. Yer səthində sükunətdə olan cismə ağırlıq qüvvəsi təsir edirmi? Cavabınızı əsaslandırın.
3. Kütləsi 4 kq olan cismə təsir edən ağırlıq qüvvə vektorunu sxematik təsvir edin və onun modulunu hesablayın (sərbəstdüşmə təcilini götürün).

ÇALIŞMA-6
1. Alüminium kubun həcmi 0,5m3, sıxlığı isə Kuba təsir edən ağırlıq qüvvəsini təyin edin
2. Yerdə astronavta təsir edən ağırlıq qüvvəsi 882 N-dur. Astronavt Ay səthində olduqda ona Ay hansı qüvvə ilə təsir edər
3. Yupiterin səthində olan 74 kq kütləli cismə təsir edən ağırlıq qüvvəsi 1739 N-dur. Yupiterin səthində sərbəstdüşmə təcili nə qədərdir?

4. Planetin qravitasiya sahəsində olan kosmik gəmi ağırlıq qüvvəsinin təsiri altında
sərbəstdüşmə təcili alır. Həmin sahənin intensivliyi nəyə bərabərdir?
5. Yer səthində astronavtın kütləsi 85 kq-dır. Saturn planetinin səthində astronavta təsir edən ağırlıq qüvvəsini təyin edin

Saturn planeti

Yupiter planeti və onun dörd böyük peyki.