Aparılan müşahidələrdən və araşdırmalardan düşən cismin hərəkətinin bəzi xassələri müəyyən olunmuşdur. Belə ki, düşən cismin bir çox hallarda:
– trayektoriyası düzxətlidir;
– sürəti Yer səthinə yaxınlaşdıqca artır;
– hərəkətində öz-özünə geriqayıtma yoxdur.
Yerlə qarşılıqlı təsir nəticəsində düşən cismin sürəti dəyişir. Yer cismi öz mərkəzinə yönələn qüvvə ilə cəzb edir. Cisim də Yerə əks-təsir edərək onu özünə cəzb edir, lakin Yerin kütləsi cismin kütləsindən çox böyük olduğundan, demək olar ki, Yer hərəkətsiz qalır, cisim Yerə doğru sürətlənir.
Ağırlıq qüvvəsi cismin kütləsi ilə Yerin bu cismə verdiyi sərbəstdüşmə təcilinin hasilinə bərabərdir:
F→ağ = mg→.
Burada F→ağ – ağırlıq qüvvəsi, m – cismin kütləsi, g→ – ağırlıq ağ qüvvəsinin cismə verdiyi sərbəstdüşmə təcilidir. Sərbəstdüşmə təcilini təcrübi olaraq italyan alimi Qalileo Qaliley təyin etmişdir. O, Piza şəhərindəki əyilən qüllədən sərbəst buraxılan müxtəlif kütləli cisimlərin eyni təcillə düşdüyünü müəyyən edir. Təcilin qiyməti Yer səthi yaxınlığında və orta coğrafi enlikdə belədir:
Ağırlıq qüvvəsi vektoru simmetrik formalı bircins cisimlərin mərkəzinə tətbiq olunur və Yerin mərkəzinə doğru yönəlir. Sərbəstdüşmə təcili vektorunun istiqaməti düşən cismin hərəkət trayektoriyasının ixtiyari nöqtəsində Yerin mərkəzinə doğru yönəlir. Başqa sözlə desək, sərbəstdüşmə təcili istiqamətcə qravitasiya sahə intensivliyi ilə üst-üstə düşür.
Öyrəndiklərinizi tətbiq edin