Bütün qarşılıqlı təsirlər kimi, cazibə qüvvəsi də həmişə azı iki cisim arasında yaranır. Məsələn, Yer Ayı cəzb edir, Ay da Yeri. Yerin cazibə qüvvəsi modulca Ayın cazibə qüvvəsinə bərabər olub istiqamətcə bir-birinin əksinədir ( a ). Yerin kütləsi Ayın kütləsindən çox böyük olduğundan Ay onun ətrafında dolanır. Kainatda göy cisimlərinin hərəkətini ümumdünya cazibə qüvvəsi tənzimləyir.
aÖyrəndiklərinizi tətbiq edin
Məsələ-1: Günəş və planetlərin bəzi fiziki göstəricilər cədvəlindən (əlavələr, cədvəl 1) istifadə edərək Yerin Günəşi və Günəşin Yeri hansı qüvvə ilə cəzb etdiyini hesablayın.
Məsafə
Qravitasiya sahəsinin intensivliyi
Qüvvə
Qravitasiya sahəsi
Kütlə
Ümumdünya cazibə qanunu
Kainatdakı bütün cisimlər arasındakı qarşılıqlı təsir __ vasitəsilə ötürülür. Sahənin qüvvə xarakteristikası __. Cisimlər bir-birini __ hasili ilə düz, aralarındakı __ kvadratı ilə tərs mütənasib __ ilə cəzb edir. Bu__.
1. Qravitasiya sahəsinin mənbəyi nədir? Qravitasiya sahəsinin hansı xassələrini
bilirsiniz?
2. Ümumdünya cazibə qanununun doğruluğunu hansı misallarla təsdiq edə bilərsiniz?
3. Nə üçün insanların bir-birini cəzb etdiyi hiss olunmur?