Məlumdur ki, Günəş sistemi, qalaktika, habelə Yer sistemi qravitasiya qarşılıqlı təsirləri nəticəsində mövcuddur.
Qravitasiya qarşılıqlı təsiri kainatdakı bütün cisimlər arasında mövcuddur. Bu təsir qravitasiya sahəsi vasitəsilə ötürülür.
Qravitasiya sahəsinin əsas xassələri bunlardır:
– Qravitasiya sahəsinin mənbəyi kütlədir: böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsindən daha böyükdür;
– Qravitasiya sahəsinin qüvvə xarakteristikası bu sahənin intensivliyidir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyət olub sahənin ixtiyari nöqtəsindən bu sahənin mənbəyinə tərəf yönəlir. Sahənin ixtiyari nöqtəsində qravitasiya sahə intensivliyi sahəni yaradan kütlədən düz, sahə mərkəzindən bu nöqtəyə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır:
Burada g0 – qravitasiya sahəsinin intensivliyi, M – kütlə (planetin kütləsi), r – qravitasiya sahəsinin mərkəzindən bu sahənin verilmiş nöqtəsinədək olan məsafədir; qravitasiya sahəsinin təsiri cisimlər arasındakı məsafədən asılıdır: məsafə artdıqca sahənin təsiri zəifləyir.
Qravitasiya qarşılıqlı təsiri ədədi qiymətcə cazibə qüvvəsi ilə xarakterizə olunur. Cisimlər arasındakı cazibə qüvvəsinin modulunun bu cisimlərin kütləsindən və aralarındakı məsafədən asılılığını ingilis alimi İsaak Nyuton Ümumdünya cazibə qanunu kimi ümumiləşdirdi:
Burada F – cazibə qüvvəsinin modulu, m1 və m2 – maddi nöqtələrin kütlələri, r – onlar arasındakı məsafə, G – qravitasiya (və ya cazibə) sabitidir. Qravitasiya sabitinin BS-də vahidi:
Onun ədədi qiyməti təcrübədən təyin olunmuşdur:
Qeyd edək ki, bircins kürə şəklində olan cisimlər arasındakı qarşılıqlı təsir qüvvələri də bu ifadə ilə hesablana bilər. Bu halda, r - kürələrin mərkəz nöqtələri arasındakı məsafədir.