Başlanğıc anda sükunətdə olan cisimlər müəyyən t müddətində qarşılıqlı təsirdə olduqda aldıqları təcillərin modulları:
Burada t – cisimlərin qarşılıqlı təsir müddəti, v1 və v2 cisimlərin aldığı sürətlərin modullarıdır. Təcillərin ifadələri əvvəlki düsturda nəzərə alındıqda:
Sonuncu düsturlarda uyğun olaraq m1, yaxud m2 etalon kütlə ola bilər.
Öyrəndiklərinizi tətbiq edin
Təchizat: müxtəlif kütləli iki
plastmas arabacıq, elastik
lövhə, sap, karandaş, xətkeş,
saniyəölçən, qayçı.
Araşdırmanın gedişi:
1. Arabacıqları
üfüqi masa səthində,
sıxılıb sapla bağlanmış lövhənin
əks tərəflərinə toxunmuş vəziyyətdə
qarşı-qarşıya yerləşdirin
( a ).
2. Masa üzərində arabacıqların
sərbəst kənarlarına uyğun
nöqtələri karandaşla koordinat başlanğıcı kimi “0” işarəsi ilə qeyd edin.
3. Elastik
lövhəyə bağlanan sapı kəsin və elə həmin anda saniyəölçəni işə salın.
4. Qısa müddətdən sonra, məsələn, 3 san sonra saniyəölçəni saxlayın və arabacıqların qət etdiyi məsafələri ölçün ( b ). Məlum zaman və gedilən yollara əsasən arabacıqların sürətlərini hesablayın:
5. Qarşılıqlı təsir qanununa əsasən ikinci arabacığın kütləsini təyin edin.