Öyrəndiklərinizi tətbiq edin
1. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvənin modulundan asılılıq qrafiki verilir. Cismin kütləsini təyin edin.
Əvəzləyici qüvvə
Nyutonun II qanunu
Təcil
Qüvvənin təsiri altında cisim __ alır. Cismin hərəkət təcilinin ona təsir edən qüvvədən düz, cismin kütləsindən tərs mütənasib asılı olduğunu Nyuton müəyyən etmiş və __ adlanır. Təcil həmişə __ istiqamətində yönəlir.
1. Qüvvənin təsiri ilə cismin sürət dəyişməsi nə deməkdir?
2. Nyutonun II
qanunu nəyi müəyyənləşdirdi?
3. Qüvvə vahidi nyuton əsas vahidlərlə necə
ifadə olunur?
4. Cismin təcil vektoru hansı istiqamətə yönəlir?
1. Cismə başqa cisimlər təsir etmirsə, o necə hərəkət edər?
a) sükunətdə qalar;
b) düzxətli dəyişənsürətli hərəkət edər;
c) düzxətli bərabərsürətli hərəkət edər.
2. Şəkildə ehtiyatsızlıqdan sərnişinin avtomobil kuzovundan üç müxtəlif yıxılma
hadisəsi təsvir edilmişdir. Bu hadisələr uyğun olaraq hansı şəraitdə baş verir? Niyə?
3. M nöqtəsinə üç qüvvə tətbiq edilir. Əvəzləyici qüvvənin modulunu təyin edin: