Ətalətlilik
Əvəzləyici qüvvə
Kütlə
Qüvvə
Nyutonun I qanunu
Sükunət
Cismə qüvvə təsir etdikdə onun öz __ halını və ya sürətini ani dəyişməyib saxlamağa “çalışması”__. Cismə __ təsir etmədikdə və ya __ sıfıra bərabər olarsa, o, öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Bu __ - dur. Cismin ətalət ölçüsü __.
Qəpiyi butulkaya sala bilərsinizmi?
Təchizat: butulka, qəpik, dəftər vərəqi, xətkeş,
yapışqan.
Araşdırmanın gedişi:
1. Vərəqdən eni 1,5–2 sm olan parça kəsin, uclarını
yapışqanlayıb halqa hazırlayın.
2. Halqanı butulkanın ağzında şaquli yerləşdirin.
Qəpiyi butulkanın ağzı bərabərliyində halqanın səthinə
qoyun.
3. Xətkeşlə halqanın divarına daxildən (qəpiyin altından)
zərblə vurub ona böyük sürət verin.